Haqqımızda

“OPTİMAL” avto-xidmət mərkəzinin əsası qoyulduğu andan, şirkətin ən mühüm nailiyyətlərindən biri, onun ehtiyat hissələri və materialları tədarük edən 100 – dən çox şirkət ilə daimi və işgüzar əməkdaşlığı olmuşdur. Bu isə, öz növbəsində Avropa, Asiya, Amerika və əlbəttəki, keçmiş sovet məkanında istehsal olunan maşınların təminatlı xidməti üçün olduqca zəruridir.

 

Hal-hazırda bizim yüksək dünya standartlarına uyğun gələn, yüngül maşınların xidməti üçün Xidmət Mərkəzimiz fəaliyyət göstərir.

 

Mərkəzin texniki heyəti Avropa ölkələrində hazırlıq keçməklə, avto-xidmət sahəsində ən yüksək istehsal keyfiyyətlərinə malikdirlər. Bizim təcrübəmiz bizə, müvafiq anbarda – qisa müddət ərzində xarici maşınların təmirini təmin edən geniş çeşidli ehtiyat hissələrini saxlamağa imkan verir. Texniki Mərkəz avtomobillərin hər növ təmiri üçün lisenziyaya malik olmaqla, bütün görülən işlər üçün təminat verir. Yüksək keyfiyyətli avadanlığa və yüksək ixtisaslı işçi heyətinə malik olan bizim Avto-Xidmət Mərkəzimizin aşağıdakı xidmətlərindən istifadə edə bilərsiniz:

 

  • 1.Kompyuter diaqnostikası (diler, eləcə də universal skanerin tətbiqi ilə).
  • 2.Mühərrikin kompyuter diaqnostikası, ötürücü qayışların, mağaraların, iş mayelərinin yoxlanılması, kompyuter diaqnostikası ilə kompleks şəkildə, kompressiyanın ölçülməsi ilə kənar səslərin diaqnostikasının keçirilməsi.
  • 3.Benzin nasosunun səmərəliliyinin ölçülməsi ilə yanacağın ötürülməsi sisteminin diaqnostikası.
  • 4.Mühərrikin təmiri və yenidən yığılması.
  • 5.İşlənmiş qazların çixması sistemlərinin yoxlanılması.
  • 6.Tormoz sisteminin diaqnostikası.
  • 7.Avtomobil kuzovunun diaqnostikası, avtomobilin boya örtüyünün qalığının skan edilməsi və cilovlanması. Mərkəzi nöqtələrin uyğunlaşdırımasının yoxlanılması.
  • 8.Avtomatik ötürücülər qutusunun diaqnostikası. Stapeldə avtomobil kuzovunun yüksək şəkildə dəqiq təmiri.
  • 9.WYNN’S injektorlarının çıxarılmadan təmiri.
  • 10.Hər növ siqnalizasiyaların (mühafizə, qaçırtmağa qarşı) qısa müddətə quraşdırılması.
  • 11.Hər növ xarici maşınların audio sistemlərinin təcriddən çıxarılması.
  • 12.Yağ, yanacaq və hava filtrlərinin dəyişdirilməsi.
  • 13.Maşınların boyalanması və cilovlanması.
  • 14.Peşəkar kimyəvi təmizləmə.
  • 15.Xarici maşınların cari təmiri.
  • 16.Moldinqin saxlanılması ilə, şüşələrin yapışdırılması.
  • 17.Kondisionerlərin doldurulması.
  • 18.Asma avadanlıqların və aksesuarların quraşdırılması.
  • 19.Avtomobilin şüşələrinə ton verilməsi.
  • 20.Yüksək dəqiqlik və həssaslığa malik cihazların vasitəsilə, təkərlərin mailliyinin və uyğunluğunun yoxlanılması, eləcə də təkərlərdə təzyiqin ölçülməsi və balans vurulması.
  • 21.İstənilən növ avtomobillərin elektriki ilə bağlı bütün işlərin görülməsi.
  • 22.Şirkətin öz evakuatoru ilə avtomobilin ünvanına çatdırılması xidməti.

 

Müştərilərimizin rahatlığı üçün, Avto-Xidmət Mərkəzinin həyətində kafe var. Burada Siz, avtomobilinizin yüksək ixtisaslı peşəkarlar tərəfindən təmir olunduğu vaxt, sakit mühitdə qəlyanaltı edə və televizora baxa bilərsiniz.

 

Yuxarıda qeyd edilənlərlə yanaşı, Avto-Xidmət Mərkəzimiz şirkətlərə - elastik güzəştlər sistemi, daimi müştərilər arasinda illik hədiyyələr uduşunu və sonsuz həddə xidmətləri nəzərdə tutan korporativ müqavilələr bağlamağı təklif edir.