Yuyucu

Biz, sizin təlabatınıza və vaxtınıza uyğun olaraq, yuyulmanın müxtəlif növlərini təklif edirik. Standart yuyulmaya, sizin istəyinizdən asılı olaraq – avtomobilin kuzovunun, dibin, mühərrikin yuyulması daxildir.

 

Maşının yuyulması vaxtı biz yüksək nailiyyətlər əldə etməyə imkan verən, Rottest şirkətinin avadanlıqlarından istifadə edirik. Maşınınızın parıltılı görünməsi üçün, avtomobilinizin konkret yerindən asılı olaraq, peşəkarlarımız ya güclü su axınından, ya buxardan, ya da onların kombinasiyasından istifadə edə bilərlər. Yuyulma əməliyyatından sonra, maşın mütləq əllə qurudulur. Və bu zaman biz, təsadüfü cızıqlara yol verməmək üçün, çox zərif, flanel parrçalardan istifadə edirik.

 

Bütün təklif edilən yuyulma prossesləri əllə edilir ki, bu da yüksək keyfiyyətin təmin edilməsi ilə yanaşı, avtomobilin boya örtüyünün zədələnməsinin də qarşısını alır.

 

Mühərrikin yuyulması da, kir və yağ ləkələrini aparan xüsusi kimyəvi maddələrin tətbiqi ilə, əllə edilir. Həmçinin, kapotaltı kuzov bölməsinin də yuyulması həyata keçirilir.