Korporativ

Avto-Xidmət Mərkəzimizin fəaliyyətə başladığı andan əsas məqsədimiz, müştərilərimiz ilə uzunmüddətli və qarşılıqlı sərfəli münasibətlərin qurulması olmuşdur. Biz, təklif etdiyimiz xidmətlərin müştərilərə optimal olaraq, sərfəli olması üçün, özündə aşağıdakı xidmətləri tamamilə pulsuz əks etdirən, korporativ müqavilələr bağlayırıq:

 

  1. Antifrizin əlavə tökülməsi.
  2. Su filtrinin dəyişdirilməsi.
  3. Faraların elektrik lampalarının dəyişdirilməsi.
  4. Ümumi texniki baxış.
  5. Şüşə təmizləyicilərinin dəyişdirilməsi.
  6. Elektrik qoşucularının təmiri.
  7. Qoruyucuların diaqnostikası və təmiri.

 

Bizim müştərilərimizin sırasına – VebTek, AzİnterOil, Barmek, BJ Service, East – West Helicopter Services, European tobacco – Baku, FELS Baku, İES, MKSİF, PSL Energy Services, Rigblast Energy LTD, Schlumberger, SGB Denholum Limited, SGS, Sİ American Exp., Sİ LW, TPAO, TPOC, UNHCR, UNİCEF və başqaları daxildir.

 

Yuxarıda qeyd olunanlarla yanaşı, bizim korporativ müştərilərimiz hər il yeni güzəştlər və yeni xidmətlər paketi ilə təmin edilirlər, beləki, biz inanırıq ki, köhnə dost yenidən daha yaxşıdır.