Rəngləmə

Avtomobilin rənglənməsi – ağır texnoloji bir prossesdir. Bu əməliyyat bir-neçə mərhələdən ibarətdir. İlk əvvəl, detalı təmir üçün hazırlamaq lazımdır. Bunun üçün, avtomobilin rənglənməsinə mane olan elementləri və yaxud da rənlənməsi tələb olunan elementləri sökmək, pası və başqa yad materialları kənarlaşdırmaq lazımdır. Bundan sonra, astarın çəkilməsi və onun qurudulması yerinə yetirilir.

 

Əlbəttəki, avtomobili rəngləməzdən əvvəl optimal olaraq uyğun gələn boyanın müvafiq rəngini düzgün seçmək lazımdır. Bütün hazırlıq işlərindən sonra, təmirə ehtihacı olmayan səth maskalanır və sonra, boya çəkilərək, qurudulur. Bunun ardınca, səthə lak çəkilir və qurudulur. Nəhahət. avtomobilin rənglənməsinin sonuncu mərhələsi – keçidlərin abraziv pastalar vasitəsi ilə aradan qaldırılmasıdır.

 

Bizim Avto-Xidmət Mərkəzimizdə avtomobilin tam şəkildə, ya da onun ayrı-ayrı hissələrinin rənglənməsi – rəngləmə kamerasında yuxarıda qeyd olunan bütün prosseslərə riayət etməklə, sonuncu texnologiyalar vasitəsilə həyata keçirilir. Bu da, boyanı tozdan qorumağa, xüsusi işıqlandırma isə, kölgələnmə və işıq ləkələrinin qalmamasına imkan verir. Biz avtomobilin rənglənməsinə dair görülən bütün işlərə təminat veririk. Əgər kiçik həcmli zədələrin (xırda cızıqlar, zərbə qopuqları) aradan qaldırılmasına ehtiyac varsa, onda, lokal təmir işi, yəni keçid ilə rənglənmənin tətbiqi mümkündür.

 

Çoxları müasir rəngləmə texnologiyasının necə çətin və mürəkkəb olduğunu təsəvvür etmirlər.

 

Hər şey, vintli kompressor vasitəsilə çoxtarazlı təmizləmə sistemindən ötürülən, təmiz hava ilə başlanılır. Rəngləmə zamanı kraterlərin olmaması üçün, soyudulma və qurudulma prossesi həyata keçirilir. Həmçinin, rəngləmə - qurudulma kamerasında dayanan avtomobilə, yuxarıdan – kuzovun “optika” rəngləmə rejimində, kameraya düşən qaçılmaz toz dənələrini özünə çəkən, təmizlənmiş hava verilir.

 

Rəngləmədən sonra, 15 dəqiqəlik fasilə olur. Bu müddət ərzində lak təkrarolunmaz parıltı alır. Daha sonra, operator qurutma rejimini işə salır və bu müəyyən edilmiş tempraturda 40 – 45 dəqiqə davam edir. Avtomatika üfləmə rejimini işə salır, avtomobil soyuyur, həlledicinin buxarı çəkilir, bundan sonra, 4 saat ərzində (lakın montaj davamlılığı üçün müddət) avtomobil quraşdırma üçün hazır olur.

 

Yuxarıda göstərilən texnologiya avtomobilin rənglənməsini maksimal olaraq səliqəli və keyfiyyətli yerinə yetirməyə imkan verir. Müştərinin arzusu ilə, biz sifarişçinin təqdim etdiyi material vasitəsilə, ayrı-ayrı detalları da rəngləyə bilərik.

 

Mərkəzimizdə yerinə yetirilən rəngsaz işləri üçün, biz lak və boya materiallarının istehsalı sənayesində lider olan - Standox şirkətinin məhsullarından istifadə edirik.