Dəmirçi

Kuzov təmiri - ən çətin təmir işlərindən biridir. Avtomobilin xarici görünüşü və onun hərəkət edən hissələrinin gəstəriciləri kuzov təmirinin keyfiyyətindən asılıdır.

 

İşə başlamazdan öncə, avtomobilin kuzovunun geometriyası, dam örtüyünün qırışları nəzərdən keçirilir. Lazım olduqda, istehsal edən zavodun sənədləri əsasında idarə mərkəzlərinin vəziyyəti stapeldə yoxlanılır. Kuzovun təmiri vaxtı, dioqanal ölçmədən istifadə etməklə və ya təkərlərin quraşdırılma bucaqlarının düzgünlüyünü yoxlamaqla da, deformasiyanı üzə çıxarmaq olar.

 

Bizim Avto-Xidmət Mərkəzi hər cür kuzov təmirlərini həyata keçirmək üçün alətlərə malikdir. Kuzov təmiri zamanı çoxsaylı alət və mexanizmlərdən istifadə edilir. Bunların içərsində ən mürəkkəbi isə, stapel hesab olunur. O, müxtəlif götürüm, zəncir, ölçmə cihazları və sairədən ibarət bir konstruksiyadır. Kuzov təmirində həmçinin – itələyib çıxaranlardan, dayaqlardan, qaşıqlardan, qaynaq apparatlarından, müxtəlif çəkiclərdən, dartma və sıxma üçün hidravlik vintli qurğulardan da istifadə edilir. Lakin sadalanlar kuzov təmiri vaxtı istifadə edilən bütün vasitələrin siyahısı deyil.

 

Biz təmirin keyfiyyətinə zəmanət veririk. Bununla yanaşı, kuzov təmiri üzrə bizim mütəxəssislərimiz təmirdən sonra, avtomobildə hər hansı bir çatışmamazlığın qalmamasına əmin olmaq üçün, ümumi baxış keçirirlər.

 

Kuzov təmiri – müasir avtomobil sahiblərinin tez-tez qarşılaşdığı xoşagəlməz problemlərdən biridir.

 

Kuzov təmirinə ehtiyac olduqda, avtomobilin tənəkə işləri və ya onun rənglənməsində olduğu kimi, kuzovun əvvəllər malik olduğu defektlər aradan qaldırılacaq, seçilmiş boya orijinala maksimal olaraq uyğunlaşdırılaraq, keyfiyyətli və dəqiq şəkildə rənglənəcək. Bu əməliyyat sizin avomobilinizin örtüyünün paslanmadan qorunması və uzunmüddətli müdafiə xüsusiyyətlərinə malik olmasına imkan verəcək. Bu növ əməliyyatların yerinə yetirilməsində - 15 illik iş təcrübəsinə malik olan bizim yüksək ixtisaslı mütəxəssislərimizə tam etibar edə bilərsiniz.

 

Biz keyfiyyətli və qısa müddət ərzində sizin avtomobilinizin təmir edilməsinə kömək edə bilərik. Bizim sərəncamımızda kuzov təmiri üçün, hər cür avadanlıqlar, vasitə və mexanizmlər (stapel, qaytanlar, hidravlik kranlar) var. Biz hamıya məlum olan – dartma, sıxma, vurub çıxartma metodlarından istifadə edirik. Əgər sizin qəza vəziyyətində olan maşınınızın daşınmaya ehtiyacı varsa, biz öz evakuatorumuzun xidmətlərini sizə təklif edə bilərik.

 

Sizin avtomobiliniz bizim əllərimizə düşdükdən sonra, onun ilkin vəziyyətinə qaytarılması vəzifəsi bizim üzərimizə düşür, nəticədə sizə yalnız tam şəkildə təmir edilmiş avtomobilinizin götürülməsi qalır.

 

Tənəkə işləri – kuzov təmirinin mərhələlərindən biridir. Bu mərhələdə kuzovun hissələrinin dəyişdirilməsi və ya düzəldilməsi və onun geometriyasının düzəldilməsi baş verir.

 

Tənəkə işlərinə avtomobilin zədələnmiş hissələrinin əvvəlki vəziyyətə qaytarılması üçün istifadə edilən, dartma, sıxma və vurub çıxartma üsulları daxildir. Tənəkə işləri zamanı, təmir yeri ilə əlaqəsi olan (deşiklərin yoxlanılması və s.) detal və mexanizmlərin düzgün quraşdırılması və işləməsinə daim nəzarət edilir.

 

Əgər sadalanan xidmətlərə qaynaq işi daxildirsə, onda onun aparıldığı yer müdafiə olunur və lazımı yerlərdə germetik ilə bərkidilir. Tənəkə işləri dedikdə, nahamar qalmış yerlərin zamaskalanma üsulu ilə hamarlaşdırılması da başa düşülür. Bunun səbəbi, adi cızıq və yaxud da, ciddi kuzov defekti ola bilər. “OPTİMAL” avto-xidmət mərkəzinin mütəxəssisləri həm yerli, həm də xarici markalı avtomobillərin tam həcmli kuzov təmirini həyata keçirirlər.

 

Bizim Avto-Xidmətimizin avadanlıqları bütün tələblərə cavab verir. Bura müxtəlif kuzov stendləri, ən müasir rəngləmə kameraları və müasir alətlər daxildir.

 

Əzilmiş və çevrilmiş maşınların təmiri vaxtı bizim təcrübəli mütəxəssislərimiz ən müasir texnologiya və ən yaxşı materiallardan istifadə edirlər. Bizə zəng edin və hər şey barəsində ətraflı məlumat alın. Əzilmiş və çevrilmiş maşınların təmiri üsullarımız, hətta ən tələbkar müştəriləri belə məmmun edəcək.

 

Bizə, bizim təcrübəmizə və bizim avadlıqlarımıza etibar edin.