Yağdəyişmə

Mühərrikin yağının və filtrinin dəyişdirilməsi – xidmət sahəsində tez-tez göstərilən əməliyyatlardan biridir.

 

Motor yağlarının tərkibinə daxil olan aşqarlar sürtünmənin aşağı salınması, benzin yanmanın bəzi məhsulları arasında əlaqə yaradılmasına xidmət edir. Həmçinin, yağın tərkibinə - cızılmağa, turşumağa qarşı və yuyucu aşqarlar da daxildir. Yağdakı aşqarların miqdarı və ehtiyatı hədsizdir, onların tükənməsi ilə, yağın keyfiyyət səviyyəsi də aşağı düşür. Yağın vaxtsız dəyişdirilməsindən çəkinin !

 

Biz mühərrikin, ötürücülər qutusunun, arxa və qabaq körpülərinin yağının dəyişdirilməsini, yanacağın və hava filtrinin dəyişdirilməsini yerinə yetiririk. Qeyd edilən prosses qısa müddətli olsa da, sizin avtomobiliniz üçün çox mühüm əhəmiyyət kəsb edir. Maşının modeli və mühərrikindən asılı olaraq, yağin dəyişdirilməsi zamanı minerallardan, sintetik və ya yarımsintetik yağlardan istifadə olunur.

 

Biz yalnız dünyanın aparıcı şirkətləri hesab olunan – Mobil, BP, ELF, GASTROL şirkətlərinin məhsullarından istifadə edirik. Və həmişə, sizin avtomobiliniz üçün məslətli olan yağları tətbiq edirik.

 

Xarici istehsalçılar adətən, mühərrikin yağtökmə hissəsinin qapağında tövsiyə edilən yağın növünü qeyd edirlər. İdxal olunan motor yağlarının, yüngül maşınlar üçün əsas keyfiyyət göstəricisi –SAE standartı və APİ klassifikasiyasında qatılığın səviyyəsidir. Bütün xarici istehsalçılar APİ – FOR SERVİCE SG. klassifikasiyası ilə qeyd edilmiş yağdan istifadə etməyi məsləhət edirlər. SG simvolu həm ayrıca, həm də, SG/CC, SG/CD SF və s. kombinasiyalarında da ola bilər. Turboüfürücü ilə olan mühərriklər üçün, yüksək tempraturlarda və mexaniki yüklənmədə sürtülməni təmin edən SG/CD yağı məsləhət görülür.

 

İlin fəsilindən asılı olaraq, biz motor yağlarının müvafiq qatılığını seçirik. Bu da öz növbəsində, yanacağin qənaət edilməsinə və aşağı hərarətlərdə mühərrikin işə düşmə qabiliyyətinə müsbət təsir edir. Yağın qatılığı nə qədər aşağə olsa, bu iki göstərici bir o qədər yaxşı olur. Lakin yüksək tempraturlarda qənaətbəxş sürtülmə üçün, daha qatı motor yağlarından istifadə edilir.

 

Yeni markalı avtomobillər üçün, əsasən, qatılığı SAE 5W – 30 (qış fəsilində) və SAE 10W – 30, 10W – 40, 15W – 40 (bütün fəsillərdə) olan yağlar tövsiyə edilir.

 

Bəzi maşın modellərində edilən yağ dəyişikliyi barəsində bort kompyuterinə “göstəriş vermək” lazımdır. Onda kompyuter növbəti dəyişmənin vaxtı haqqında məlumat verəcək.

 

Xarici maşınların ölkəmizin yollarında istismarı göstərir ki, alışdırma şamları tövsiyə edildiyindən daha tez-tez dəyişdirilməni tələb edir.

 

Aparıcı şirkətlərin istehsalı olan alışdırma şamları üzvü turşuların qatışığı olmayan etilləşdirilməmiş benzin və tərkibində kiçik həcmli kükürd, eləcə də parafin olan benzin ilə işləyə bilir. Lakin, bizim yanacaq doldurma məntəqələrində satılan benzin çox vaxt bu tələblərə cavab vermir.

 

Hər dəfə xidmət göstərilərkən, alışdırma şamlarının vəziyyəti yoxlanılır və lazım gələrsə, nöqsanlar nizamlanır, ya da şamlar dəyişdirilir. Normal istismar vaxtı, şamların elektrodlarındakı aralıq hər 1500-2000 km gedişə təxminən 0,0025 mm – dir. Məsləhət edilən elektrodlardakı aralıq, bir qayda olaraq, maşının kapotunun altındakı etiketdə göstərilir. Bu, SPARK PLUG GAP kimi qeyd olunur.

 

Yaddan çıxarmayın ki, alışdırma şamlarının bəzi modelləri elektrodlarda platin örtüyə malikdir. Bu şamların elektrodlarını sumbata kağızı ilə təmizləməyin, əks halda, elektrodların üzərindəki platin toz dənələrini məhv edə bilərsiniz. Yuxarıda sadalanlarla yanaşı, biz hava filtrinin, eləcə də mühərrikin karterinin ventilyasiyasının qapağının vəziyyətini də yoxlayacayıq.

 

Bizim regionlarda, xarici maşınların istismarında ən zəif yer yanacaq sistemidir. Təcrübəmizə əsaslanaraq deyə bilərik ki, bu cür bahalı elementlərin (bakda quraşdırılan elektrik benzin nasosu, injektorlar, katalizatorun kataliz konvertoru) istifadə müddətini uzatmaq üçün, istehsalçının məsləhət bildiyindən daha tez-tez, nazik tullantı yanacaq filtrini dəyişdirmək və ən azı ildə iki dəfə (yazda və payızda) maşının yanacaq bakının yuyulmasını həyata keçirmək lazımdır.

 

Hər dəfə yağ dəyişdirilərkən, yerinə yetirdiyimiz standart işlər dəstinə daxildir:

 

  1. Avtomatik ötürücülər qutusunda yağın səviyyəsinin yoxlanılması.
  2. Mühərrikin soyudulması sistemində soyuducu mayenin səviyyəsinin yoxlanılması.
  3. Tormoz hidravlikasına axıtmanın olbu-olmaması və tormoz kolodkalarının vəziyyətinin yoxlanılması.
  4. Sükan idarəçiliyinın və asmanın elementlərində zədələnmələrin olub-olmamasının və mehvərlərin, eləcə də sıxlaşmaların tozluqlarının yoxlanılması.
  5. Şüşə və faraların yuyulması, baklarında mayenin olub-olmamasının yoxlanılması.
  6. Siqnalizasiya və işıqlandırma cihazlarının müntəzəmliliyinin yoxlanılması.

 

Bizə yaxınlaşın və avtomobilinizi bizim mütəxəssilərə etibar edin, rahat kafemizdə qəlyanaltı edərək, kofe içib dincəlin, sonra isə, yenidən öz avtomobilinizin sükanı arxasına oturub, yolunuza davam edin.