Təmizləmə

Salonun peşəkar kimyəvi təmizlənməsi – Sizi, avtomobilinizin oturacaqları, tavan, döşəmə və qapılarında olan ləkələrdən azad edəcək. Müxtəlif maddələrlə aparılan təmizləmə və emal etmədən sonra, bütün plastik detallar par-par parıldayacaq.

 

Salonun kimyəvi təmizlənməsini həyata keçirən peşəkarlarımız yalnız yüksək keyfiyyətli maddələrdən istifadə edirlər. Bütün materiallar üçün (dəri, vinil, plastika, parça, rezin üçün) müxtəlif vasitələrdən istifadə olunur.

 

İnteryerin təkmilləşdirilməsinə, sonradan plastiki müdafiə imulsiyası ilə örtmək şərti ilə, bütün parçaların və plastik üzlərin kimyəvi təizlənməsi daxildir.

 

Avtomobilin dəri oturacaqları üçün - xüsusi krem, parça örtükləri üçün isə - su və çirki təmizləyən imperqnat tətbiq edilir. Salondakı kənar qoxuların aradan qaldırılması məqsədilə, biz “qoxuların neytralizatoru” ilə təkmilləşdirmə təklif edirik.

 

Salonun təmizlənməsi:
Bizim şirkət dəfələrlə, avtomobil sahiblərinə növbəti sualla müraciət etmişdir: Onlar avtomobilin salonunun kimyəvi təmizlənməsi xidməti dedikdə nə nəzərdə tuturlar?

 

Ən vacibi – çirk, toz və qumun təmizlənməsidir. Onları lazımı səviyyədə kənarlaşdərmadıqda, sonrakı prossedurlar mənasızdır.

 

Kimyəvi maddələrin istehsalı üzrə liderlərin texnologiyasından istifadə edərək, biz salonun xarici görünüşünün təmizlənməsi və bərpa edilməsinə nail oluruq.

 

Belə salonda olmaq – yalnız və yalnız ləzzətdir !!!

 

Müştərinin arzusu ilə, bizim peşəkarlarımız salonun tam sökülüb-yiğilması ilə kimyəvi təmizləmə həyata keçirirlər. Bura – oturacaqların, plastikin, döşəmə xalçasının çıxarılması daxildir ki, bu da örtüyün təkcə xarici tərəfinin deyil, daxili tərəfinin də təmizlənməsinə imkan verir. Bu çox əziyyətli və kifayət qədər vaxt tələb edən işdir.

 

Bu növ xidmətlərdən, xüsusi ilə köhnə avtomobil almış və ya avtomobilini satmaq istəyən şəxslər istifadə edə bilərlər.

 

Təmizləmə prossesi antistatik müdafiə vasitələrinin çəkilməsi ilə başa çatır

 

Xidmətin göstərilmə müddəti və dəyəri işin həcmi, eləcə də çətinliyindən asılıdır.