Cilalama

Avtomobillərinin xarici görkəmləri üçün narahat olan avtomobil sahibləri, kuzovun parıldadılması və cilalanmasında maraqlıdırlar. Sizin arzu etdiyiniz nəticənin alınması polirolun üsulu və seçilməsindən asılıdır.

 

Parıltı vermək üçün ən sadə və yüngül cilalamadan tutmuş, lak örtüyünün ilkin variantını bərpa edən abraziv cilalamaya qədər üsul və seçimlər mövcuddur.

 

Abraziv materiallardan istifadə edərək, lak örtüyünün peşəkar cilalanmasını seçməklə, biz avtomobilinizin kuzovuna konveyerdən çıxarkən malik olduğu görünüşü verə bilərik.

 

Bizim sənətkarlarımız, cilalama işini – üçpilləli cilalama adlanan istehsal üzrə dünyanın aparıcı şirkətlərinin materiallarından istifadə etməklə yerinə yetirirlər.

 

Lakdakı dərin cızıqlar cilalama kağızının vasitəsilə emal edilir.

 

Cilalama diski ilə, maşının yuyulması vaxtı əmələ gəlmiş, xırda cızıqları kənarlaşdıran - 1 № li polirol çəkilir.

 

Cilalama diskini dəyişdirməklə, sənətkarlar ardıcıllıqla, 2 № li və 3 № li polirol (onlar tərkibinin dənəvərliyinə görə fərqlənirlər) tətbiq edilir. Beləki, 3 № li polirol daha az dənəvərliyi ilə seçildiyindən, o, cilalama prossesində sonuncu istifadə olunur.

 

Cilalama vasitələrinin işlənib hazırlanmış tərkibi kuzovun yerinə yetirilmiş cilalanmasını müdafiə etməyə imkan verir. Bu isə, öz növbəsində, ona - parıltı və daha yaxşı ifadə edilmiş rəngötürülməsini verir. Cilalamanın ən yeni texnologiyasını tətbiq etməklə, bizim peşəkarlarımız – təcrübə və yüksək keyfiyyətli materiallar hesabına tələb olunan nəticələr əldə edə bilirlər.

 

Qış fəsilləri üçün, biz, avtomobilinizi ətraf-mühitin ziyanverici təsirindən (yollardakı palçıq, duz, yağ gölməçələri və s.) qoruyan kuzovun müdafiə xarakterli cilalanmasını təklif edirik.

 

Siz, artıq, bizim cilalama texnologiyamızdan agahsınız, indi sizə yalnız Mərkəzimizə gəlmək qalır. Avto-Xidmət Mərkəzimizə zəng edib, əlverişli vaxtı və tarixi müəyyənləşdirə bilərsiniz. Sənətkarlarımız, sizin seçiminizə uyğun olaraq, bütün işləri görəcəklər.